Olacaqdı (Şəmkirli Aşıq Hüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olacaqdı
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Könül, talib olub uyma şeytana,
Fitnə şəmatəti1 şər olacaqdı.
Bu dünya bir bağdı, bağbanı iblis,
Alması, heyvası nar olacaqdı.

Gözəllər təşbehdi dağm gülünə,
Müştaq olma şirin ləhcə, dilinə,
Həvəslənib sığal vermə telinə,
Məhşərdə hər biri mar olacaqdı.

Əməl bir parçadı, mələklər dərzi,
Dərk eylə doğrunu, sünnəti, fərzi,
Nəkrayıl hirslənib çalanda gürzi,
O rövşən gözlərin tar olacaqdı.

Aldanma cüfəyə, uyma fənayə,
Güvənmə dövlətə, simi tilayə,
Bir gün köçürərlər dari-üqbayə,
Simü-zərdən əlin car olacaqdı.

Nütfədən pak olan siratdan keçər,
Müxənnət münkiri almasdı, biçər,
Səxavət əhlini mələklər seçər,
Kövsəri-rizvanda yar olacaqdı.

Söyün, zayiqətül-mövti yazanda,
Şərm ilə sal yada fəhmin azanda,
Gün hərarət edib, yer də qızanda,
Şahlar şahı şəfakar olacaqdı.