Olar (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olar
Müəllif: Aşıq Nəsib
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Görməmişlər pul görəndə sevinər,
Ağıl gedər, elə bil ki, məst olar.
Haqqı görməz, var gözünü bağlayar,
Qəza vurar, şeytan ilə dost olar.
 
Bir gün tale döyər, alar varını,
Sail kimi daha qoymaz qarını.
Yadlar yeyər məhsulunu, barını,
Paltar tapmaz, cındır bircə dəst olar.
 
Aşıq Nəsib sözünü de qanana,
Canım qurban haqq oduna yanana,
Başa keçsə kəl yerinə hər dana,
Sanaram ki, şirin cana qəsd olar.