Olaydı (Usta Abdulla)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olaydı Müəllif: Usta Abdulla |
Mənbə:Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 7 |
A yoldaşlar, a qardaşlar,
Son günümüz ağ olaydı.
Deyib-gülüb danışaydıq,
Damağımız çağ olaydı!
Fələk bir dövran quraydı,
Könlümdən xəbər verəydi.
Məxluqat xoş gün görəydi,
Ürəklər yumşaq olaydı.