Olaydı (gəraylı, Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olaydı (gəraylı, Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Aman Allah, bu görünən
Ala gözlü yar olaydı.
Qovaydı intizarımı,
Ömrə vəfadar olaydı.
Mənim işvəli cananım,
Söz verib əhdi dananım.
Var ömrümə şövkət-şanım,
O, sinəsi qar olaydı.
Məmmədhüseynin şən dilbəri,
Ceyran yerişli ülkəri.
Bulaq üstə gələn pəri,
Gülüşü gülzar olaydı.