Oldu, ya rəbb, həlak insanlar
Oldu, ya rəbb, həlak insanlar Müəllif: Heyran xanım |
Oldu, ya rəbb, həlak insanlar,
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüls var, nə kəfən.
Sinəsinə dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar,
Nə bir ehsan, nə bir xətmi-Quran var.
Baxasan, hər tərəf cəsədlə dolu,
Bağlanıb xalq üçün nicat yolu.