Aşıq Ələsgər:
Dünya altı gündə neçə don geydi,
Nə üstə əyləşdi, bərqərar oldu?
Əzəli kimiydi ərşin bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?
Şair Nəbi:
Dünya altı gündə dörd don geyindi,
Ab üstə əyləşdi bərqərar oldu.
Xey-xalqım, haxdı ərşin bənnası,
Ulduzun yeddisi səyahətkar oldu.
Aşıq Ələsgər:
Nə qədərdi müğərribin mələyi?
Onların içində kim idi bəyi?
Canlıdı, cansızdı ərşin dirəyi,
Nə ilə çalınıd , möhtəbər oldu?
Şair Nəbi:
Pənc-yek ayədi müqərribin mələyi,
Onların içində Cəbrayıl bəyi.
İsmi-əzəm cansızdı, ərşin dirəyi,
Çaldı lövhü-qələm möhtəbər oldu.
Aşıq Ələsgər:
Ələsgər əl üzmə etiqadından,
Yer də xəbər verir göy busatından.
Haqqınan peyğəmbər əhvalatınnan ,
İslamam deyənə nə xəbər oldu?
Şair Nəbi:
Nəbidə əl üzməz etiqadınnan,
Xilqəti hafizdi göy busatınnan.
Haqqınan, peyğəmbər əhvalatınnan,
Mərifət islama o xəbər oldu.