Oldu (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Oldu Müəllif: Aşıq Alı |
Dəhrdə cəfa əlindən,
Əlif qəddim kaman oldu.
Əhdə bivəfa əlindən,
Hər gün haray, aman oldu.
Şah başında tac yaşadı,
Rəncbər əkdi, ac yaşadı;
Xoş sözə möhtac yaşadı,
Nə insaf, nə iman oldu.
Alı sözün dedi üzə,
Kül üfürdü dövran gözə.
Fələk sitəm etdi bizə,
Əhvalımız yaman oldu.