Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Ay həzarat, ay camaat,
Ürək zərd oldu, zərd oldu!
Genə namərdin sözləri,
Cana dərd oldu, dərd oldu!

Dostumu atdım dumana,
Rəqibi gəlsin yamana,
Kor olsun belə zamana,
Namərd mərd oldu, mərd oldu!

Koroğluyam, dərd hazaram,
Adım dəftərə yazaram,
Nə qədər səfil gəzərəm,
Adım qurd oldu, qurd oldu!