Oldu (Mustafa Cövhəri)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu (Mustafa Cövhəri)
Müəllif: Mustafa Cövhəri
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Hey ağalar, zaman azdı
Düşmüşə el üşər oldu.
Küllükdə sürünən eşşək
Cins atla yanşar oldu.

Evlərinin önü yazı,
Yayılar duması, qazı,
Yaşına yetmədən quzu
Qoç ilə vuruşar oldu.

Cövhəri der: eylər xəta,
Qatırlar basqmdır ata,
Olar-olmaz məsləhətə
Cocuqlar qanşar oldu.