Oldu (Sabit Şəqaqi)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu
Müəllif: Sabit Şəqaqi
Mənbə: SABİT ŞƏQAQİ

Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,
Fələk zülmü mənə nümayan oldu.
Zövrəqi-taleyim bəhri-ələmdə
Təlatümi-qəmdən binişan oldu.

Soldu gül, pozuldu gülşəni-aləm,
Şeyda bülbül nərə çəkər dəmadəm,
Fanusi-ifayə çünki düşdü şəm
Pərvanə gör necə sərgərdan oldu.

Pəri, … fələk dad əlindən, dad,
Bir dəm eşq əhlini eyləmədin şad,
Bir Şirindən ötrü misali-Fərhad
Mehdi Bisitunda kuhkən oldu.