Oldu (Telimxan)
Müəllif: Telimxan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Xırdalıqdä yandım nari-həsrətə,
Yediyim zəhr, içdiyim su qan oldu.
Qürbət eli tutdu giribammı,
Əzrailə teqəbbülüm can oldu.

Bürcü-nəshə düşdü taleyi-bəxtim,
Yenə fələk zülmü nümayan oldu,
Zövrəqi taleyim bəhri-əlemdə,
Telatümi-qəm də binişan oldu.

Çox sızıldar, yaralanm duzludu,
Riyamıdır? Dövran iki üzlüdü,
Dərdi-dilim ürəyimdə gizlidi,
Sirr demeyə nə bir müsəlman oldu.

Soldu gül, pozuldu gülşəni-aləm,
Şeyda bülbül nalə çekir dəmadəm,
Fanusu-ixfaye çünki girdi şəm,
Gör necə pərvanə sərgerdan oldu.