Oldum dəli-divanə, çağır ki, gələm-gedəm

Oldum dəli-divanə, çağır ki, gələm-gedəm! (1996)
Müəllif: RAUF CAVAD

Qorxuram, kamsız canı bihudə verəm-gedəm!
Deməyə nə qədər kəlmə, kimə deyəm-gedəm?!

Sevirəm Xəyalını hər gecə zikr edirəm,
Səni görməyə pirim, fikir edirəm, gedəm!

Gördüm səni yar Yusif kimi sevdim əslini,
Surətini istərəm özümdə görəm-gedəm!
 
Əvarə kəs heç unudarmı surəti canı,
Oldum dəli-divanə, çağır ki, gələm-gedəm!

Gülüşündən qəlbim cilvələndi oldu xumar,
Dilbər, dadini dadmağa, gərək öpəm-gedəm!
 
Biçarə qaldı gözlər, Yar, zülfündə telinə,
Vurdun kiprikdən ox, naz oduna düşəm-gedəm?!

Nazü-qəmzən qəlbimi yarə, viran eylədi,
Süzdün qaşin ilə göz etmədin, güləm-gedəm!

Divanə könül, can yanə-yanə seyr eylədi,
Saldi Pərvanə oduna ki, əriyəm-gedəm!

Dərmansız ağrını verdi acıdan hədiyyə,
Dərdü-qəmə duz səpib, Şirin etdi qəm-gedəm!

Rauf, eylə Nur-nəzər! Mehriban, diqqət elə!
Qaldi gözüm gözdə, söz göz etdi ki, dəm-gedəm?!