Olmağına
Olmağına Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
İndi yaydı, payız qışı daldadı,
Bülbül intizardı yaz olmağma.
Eşqindən ciyərim qara bağladı,
Heç şəkmi var yanıb köz olmağma?!
Sevdiciyim geymiş yaşıl, alları,
Yaşılbaşlar çəm-xəm eylər gölləri,
Ceyran da otlayar, gəzər çölləri,
İstər ki, qabağı düz olmağma.
Məhəmmədəm, eşqim mənim təxtimdi,
Qəddimi yay edən qara bəxtimdi,
Əlim işdə, çox darmacal vaxtımdı,
İncimə sözlərim az olmağma.