Olmasın (Cəfər Cabbarlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmasın Müəllif: Cəfər Cabbarlı |
Bülbülündən ayrı düşmüş qızılgül,
Bu hicrana kimsə düçar olmasın.
Kaş ki, yavrum, son günlərin sevinci,
Böylə qisa, bietibar olmasın.
Sənsiz könlüm fəryadlardan usanmaz,
Çaylar dursa, göz yaşlarım dayanmaz.
Dünya gülşən olsa, könlüm oyanmaz,
Sənsiz, yavrum, artıq bahar olmasın.
Dünki gülşən - yarın xəzançın oynaq,
Dünki insan - yarın bir yığın topraq.
Keçmiş ilk bahardan bu bir kaç yapraq,
Saqın, yavrum, son yadigar olmasın.
Bəlli şey ki, həyat beş qara gündür,
Mənsiz gül, ağlama, könlüm sevindir,
Cismim topraq olsa, ruhum sənindir,
Sevgimizə yoxluq məzar olmasın.