Bəzirganlar yük bağlamaz,
Gər xiridar olmasa.
Naməhşur qalmaz dünyada,
Zatında zar olmasa.
Səng ilə xanə yapasan,
Çöl-biyaban səhrada.
Taparsan qəflət yuxusun,
Əgər şahmar olmasa.
İki mələk müqərrəmdi,
Baxıb əməlin yaza.
Onlar əməlinə baxıb,
Sənə verərlər cəza.
Ol günündə nə eyləsin,
Məhəmməd Əl-Mustafa,
Məhşərə getmək çətindi,
Əldə tutar olmasa.
Məmmədhüseyn ölmək ilən,
Bu dünya xalı olmaz.
Dərdin demə dərdbilməzə,
Dərdindən halı olmaz.
Bu vergi haqq vergisidi,
Kimsəyə qalı olmaz.
Cəhd eyləmək beca şeydi,
Bəxtin paydar olmasa.