Olmasa (Aşıq Seyid İbrahim)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmasa Müəllif: Aşıq Seyid İbrahim |
Mənbə: Şəhla Musayeva. "Köhnə ustadla yeni tanışlıq" (PDF) (az.). archive.org. 2020. İstifadə tarixi: 2020-04-19. |
Sərraf mətah sata bilməz, böyük bazar olmasa
Dünyanı qarışdırar, insanda ar olmasa.
Bivəfa dost kənar gəzər, dost tənəzzül edəndə,
Baş əyib salam verməz, əlində var olmasa.
Ağlı, huşu azmayınca, kimsəni tutmaz qəza,
Düşsə qəzanın toruna titrər bədəndə əza.
Qorxum o gün qopar, qələm çalam, bəd yaza,
Cəhənnəmdə od yalandı, vücudda od olmasa.
Gəl biçarə İbrahim, haram vara var demə.
İbadəti unudub, gen dünyaya dar demə.
Boy buxuna aldanıb, don geyənə yar demə,
İnsana etibar yoxdu, yaradan yar olmasa.