Olmasa (Borçalı Şair Nəbi)
Olmasa Müəllif: Borçalı Şair Nəbi |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Hər enişin yoxuşu var, dibdəki kal olmasa,
Şah olsa nadan sayılar, əhli-əyal olmasa.
Əflatun xərrat misallı, kitaba timsal sözlü,
Deyərlər sən danışma, dövləti-mal olmasa.
Könlüm içi bir dənizdi, hesabı dolandadı,
Nüçə murğu bir yuvada, kani-qüdrət qalandadı.
Dirilik var, dilənçilik, asudəlik öləndədi,
Bu yandan da dar qəbirdə sorğu-sual olmasa.
Miskin Nəbi, hökm verir, hər dəmi-dövran özü,
Nə alışır, nə də sönür sinəndə eşqin közü.
Sərraf olsa məclisində nizama çəkər sözü,
Çürük ceviz baha düşər, gövhəri-ləl olmasa.