Olmayınca (Qaracaoğlan)

Olmayınca
Müəllif: Qaracaoğlan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Bir adam bir eli dolandırammaz,
Əldə yaxşı dövlət, var olmayınca.
Pərvanə şamının oduna yanmaz,
Başda sevda, qəlbdə nar olmayınca.

Mərdlər ömür sürər mərd ölkəsində,
Fərəhli nə var ki, bayquş səsində.
Qürbət diyarının hər guşəsində,
Əyləşilməz, kəsbi-kar olmayınca.

Qaracaoğlan der ki, sözün bilmişi,
Tədbirlə görülər dünyanın işi,
Nə yapar, neyləyər aləmdə kişi,
Fələk Mustafaya yar olmayınca.