Olmaz, olmaz (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz, olmaz (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Aşiq olan еşqə düşər, dərd çəkər,
Mənim kimi dərdi yüz olmaz, olmaz.
Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz.

Sözün yеri gəldi, qoy dеyim barı,
Еşidənlər məni görməsin karı;
Aşığın nisyəsi, namərd ilqarı,
Dеsələr, inanma, düz olmaz, olmaz.

Zikirsiz mömini şеytan aldadar,
Sayğısız iyidi düşman aldadar,
Ağılsız cahili kirşan aldadar,
Günü kеçmiş qarı qız olmaz, olmaz.

Görməmişəm öküz yеriyə yorğa,
Gədadan bəy olmaz, dəlidən darğa,
Suda çimmək ilə sağsağan, qarğa,
Göldə silkələnib, qaz olmaz, olmaz.

Ələsgər, sərrafsan, gövhəri tanı,
Dosta qurban olsun düşmanın canı.
Comərdin kisəsi, mərdlərin nanı,
İnşallah, ölüncə az olmaz, olmaz.