Olmaz (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Valehin olmuşam, kərəm eyləsən,
Dilbərə dilimdən can əskik olmaz.
Qurbanı kəsərəm qurban üstündən,
Nə bir, nə beş, nə on, san əskik olmaz.

Dolannam başına gündə üç kərə,
Yolunda xəsislik etmərəm sərə.
Həmdəm ola mənə, o, könül verə,
Xoş deyib-güldüyüm an əskik olmaz.

Məmmədhüseynəm, al qumaşa bəzərəm,
Qulluğunda sağa-sola süzərəm.
Dil verməsə Yarəb, necə dözərəm,
Dil versə ipək şal, don əskik olmaz.