Dedim, könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.
Yaxşı olar mərd igidin təməli
Namərd heç kəsə tutmaz dad əli
Hər qul Qənbər olmaz Hər ağa ƏLi
Hər qılınc kəsməklə Zülfüqar olmaz
Ey nazənin, sən geydiyin nə aldır?
Yenə başındakı hansı xəyaldır?
Birisi büdrəsə qolundan qaldır,
Hər zaman dost-dosta səbəbkar olmaz.
Aşıq oldun hər ağrıya dözəsən.
Sinən üstə odlu közlər əzəsən.
Gündoğanla, günbatanı gəzəsən,
Allahverdi kimi xiridar olmaz.