Olmaz (Aşıq Abbas Tufarqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.74.


Bir gözəl oxladı məni,
Belə əbru-kaman olmaz.
Göydən huri mələk ensə,
Onun kimi qılman olmaz.

Kabab yanar közü ilə,
Danış yarın özü ilə.
Müxənnəslər sözü ilə,
Yar ha yardan yaman olmaz.

Aşıq Abbas yana-yana,
Yandı bağrım, döndü qana.
Bir namə yaz Tufarqana,
Daha səndən aman olmaz.