Olmaz (Dərdü-qəmin ərbabıyam)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmaz Müəllif: Dəllək Murad |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Dərdü-qəmin ərbabıyam,
Dərdlər məndən irad olmaz.
Gündə min nün xəyal eylər,
Mənim könlüm bir şad olmaz.
Göyə çəksə baş tayalar,
Fələk onu tez payalar,
Hər külüng çapmaz qayalar,
Hər igiddən Fərhad olmaz.
Dərviş olan baxmaz pusta,
Uslu olan olar usta,
Güvənmə bivəfa dosta,
Bivəfadan imdad olmaz.
Səhər bağın əsər badı,
Dostundan istə imdadı,
Mövlam yaradıb muradı,
Heç kəs Dəllək Murad olmaz.