Özünnən böyüyə qulluq buyurma,
Sözün yerə düşər, qiyməti olmaz.
Hər nə tutursansa öz əlinlə tut,
Cəfası çox olsa minnəti olmaz.
Özünən böyüyün alma ahını,
Bəd duva yetirər, sana toxunu.
Çağır Yaradanı, şahlar şahını,
İşin irast gedər, zəhməti olmaz.
Təkəbbür kəndinə layiq qıldığı,
Axrı ağlamaqdı deyib-güldüyü.
Cəhli-cəhənnəmdən şikar aldığı,
Alimi-tülüngdü, mərfəti olmaz.
Riyazət elmində bir pula dəyməz,
Kəndi məğrur olan bir qula dəyməz.
Halaldan qazanıb, halaldan yeməz,
Dəhanı şəhd olsa, ləzzəti olmaz.
Şair Nəbi pur kamalı yaxşı bil,
Zikr elə, sən gecə-gündüz, ilbəil.
Ədəb-ərkanına qayıtmayan qul,
Cəhənnəm hazırdı, cənnəti olmaz.