Olmaz (Xaltanlı Tağı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Xaltanlı Tağı


Gərək olmayasan ağıl möhtacı,
Olsan bu dünyada əziyyətin var.
Qaldırsan yıxılanı, doydursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.

Qoç igidlər bu dünyada var olsun,
Hər biri könüldən xəbərdar olsun,
Ağalar ağası sənə yar olsun,
Bəndə duasından nə minnətin var.

Nə qədər cəhd etsə söndürməz yağı,
Bir kəsin yanırsa haqdan çırağı,
Başını uca tut Xaltanlı Tağı,
Ellərin içində çün hörmətin var.