Olmuşam (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmuşam
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.176 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Dörd yanımda dövrə vuran gözәllәr,
Ağlımı itirib zayıl olmuşam.
Mәcnuni-mәhәbbәt, eşqi Leyliyәm,
Düşüb sәhralara sayıl olmuşam.

Mәn görürәm siz hamınız şahsınız,
Gözәllikdә tamam mehri mahsınız,
Bilqeyis sifәtli xoşzəbansınız,
Kәklik sürbәnizә mayıl olmuşam.

Mәn Alıyam, öz Bәsdimin yarıyam,
Görmәzә-bilmәzә intizarıyam,
Hicran barkeşiyәm, dәrd tüccarıyam,
Qәm yükü çәkmәyә qayıl olmuşam.