Olmuşam mən yenə bir şuxi-güləndamə düçar

Olmuşam mən yenə bir şuxi-güləndamə düçar
Müəllif: Məhəmməd Əmin Dilsuz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Olmuşam mən yenə bir şuxi-güləndamə düçar,
Püxtəlikdən olubam bir sənəmi-xamə düçar.

Bir gözəl arizinin xal ilə zülfünü sevib,
Mürği-dil yaxşı olub, danə ilə damə düçar.

Qorxuru yarım ola mən kimi rüsvayi-cahan,
Vəhci var olmuru bu aşiqi-bədnamə düçar...

Gorüm ol şux özü tək bir gözələ tuş olub.
Ola ta, mən kimi; bu möhnəti-əyyamə düçar.

Saqiya, bəhri gətir meykədədən bu bəzmə,
Səni tanrı, məni etmə bu tünük camə düçar.

Məni qılsa məni bu qaşı kamandarı hər kəs,
Olsun aləmdə o kəsgin dəmi-səmsamə düçar.

Hiç aşiq görüm aləmdə, mənim tək, yarəb,
Olmasin təneyi-biganəvü əqvamə düçar!

Şükrilillah, bu pərizadəyə aşiq olalı,
Şükrdən qurtulub oldum, əcəbistanə düçar.

Mən bu il başə düşüb, anlamışam eşq yolun,
Kaş olaydım keçən il mən bu dilaramə düçar.

Yazma, Dilsuz, dəxi dəftəri-eşqin hərfin,
Olmasm atəşi-dərdü qəmə bu xamə düçar.