Olsaydı Fərhadın qeyrəti əgər
Olsaydı Fərhadın qeyrəti əgər Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Olsaydı Fərhadın qeyrəti əgər,
Qoymazdı Şirinə baxsın hər ötən.
Namussuz, yarını nəqş etdi daşa,
Qəlbinin lövhinə nəqş etməliykən.