Ona on qızıldır doğru sözlərim
Ona on qızıldır doğru sözlərim Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Ona on qızıldır doğru sözlərim,
Qızıla bürünmüş olmasam da mən.
Nə zərər, zubini düz atsa bir türk,
Çox da o, deyləmli deyil əzəldən.