Ordu (Aşıq Seyid İbrahim)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ordu Müəllif: Aşıq Seyid İbrahim |
Mənbə: Şəhla Musayeva. "Köhnə ustadla yeni tanışlıq" (PDF) (az.). archive.org. 2020. İstifadə tarixi: 2020-04-19. |
Sovet qəhrəmanları,
Şən ölkəni tutan ordu.
Varlığımız daim şəndir,
Bizimdi bu Vətən, ordu.
Dahi rəhbərin dühası
Partiyanın sərt dəstəsi
Milyonların gurgur səsi,
Oyaqdı, az yatan ordu.
Fəhlə-kəndli şad dolansın,
Xainlər yurdu talansın,
Hitleri oda qalansın,
Tayın olmaz yetkin ordu.
Stalin kimi var atası
Zəhmətkeşlər gül butası.
Havalanıb təyyarəsi,
Tərlan kimi ötən ordu.
İbrahim dastana yaza,
Talib deyilik çoxa-aza
Bıçaq olub xain gözə,
Millər kimi batan ordu.