Ordumuz (02.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Ermənini salıb təpik altına

İt balası kimi döyən ordumuz!

Yaralı Vətənə “can-can!” söyləyib,

Paşinyana “paşol!” deyən ordumuz!


İgidləri nərə çəkər şir kimi,

Sinə divar, boyunları tir kimi!

Döyüş çölü qızışsa təndir kimi,

Qəzəbindən alov geyən ordumuz!


Namərdi ağladıb dostu güldürən,

Torpaqdan yağının izin sildirən.

Türkün ağ alnını göyə qaldıran,

Erməninin belin əyən ordumuz!


“Ya Allah!”ı tülküləri titrədən,

Yağıları cəhənnəmə rədd edən.

Dərya kimi yaranıbdı qətrədən,

Bir əsgəri minə dəyən ordumuz!


Yenilməzdir, təməlini ƏR atıb,

Külü qalmış ocağıma qor atıb.

Bu günümün tarixini yaradıb,

Sabahıma gülümsəyən ordumuz!