Oxudum, öyrəndim heç nə bilmədim
Oxudum, öyrəndim heç nə bilmədim Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Qarış, - qarış el obanı dolandım,
Oxudum, öyrəndim, heç nə bilmədim.
Qərib kimi düşdüm dildən - dillərə,
Gədalarda insaf – mürvət görmədim.
Duman - çiskin basıb o Güney dağı,
Qan ağlayır Ağbabanın torpağı.
Daha dalğalanmır Türkün bayrağı,
Tutuldu gözlərim, deyib gülmədim.
Xan yurdunda tülkü - çaqqal ulayır,
Xoruz kürkə yatır, toyuq banlayır.
Mən yazığı gədə - güdə danlayır,
Görən niyə mən irəldən ölmədim?
Gədalar ağa olub çıxdılar taxda,
Ulağın başına saldılar noxta.
Bu dövranda hər şey olsa da saxta,
Dar ayaqda, dediyimdən dönmədim.
Heydər der: ağamdan dağ gücü aldım,
Millətin qəlbində daim ucaldım.
Vədə çatdı, vaxt yetişdi, qocaldim,
Oxudum, öyrəndim, heç nə bilmədim.