Oxuduq dərslikdəki, Lenin babamızdır

Oxuduq dərslikdəki, Lenin babamızdır! (1999)
Müəllif: RAUF CAVAD

Oxuduq dərslikdəki, Lenin babamızdır!
Sən demə ki, dərsin adı dərd-bəlamızdır!

Məktəbdə başlandı yaltaqlıq da o gündən!
Yaltaqlıq qaldı bizə yadigar, dünəndən!
Tərif dedik şəninə, Lenin Baba səndən!
Heyif ki, eşitmədin bu şeiri məndən!
Ölən getdi, yerdə qalan can, balamızdır!

Zənn etmə ki, dərd burda bu diyarda bitər!
Sarısan millətin dərd-yarasın göyərər!
Ağrısa da acısı, görməz iki gözlər!
Yenə bir başqa-ögey Babasın təriflər!
Görəsən bu arsızlıq bizim qidamızdır?!

Dəyişdi dövran, həyat gəldi-keçdi bir an!
Bir Hiyləgər tapdı bizi bilmirik hardan!
Qayıtdı köhnə dərd məmləkətə ay aman!
Yenə başlandı aclıq, yenə həmin dövran"!
Əl çəkmir yaxamızdan, bu dərd qadamızdır!

Qocalır bir gün hamı bu qərib dünyada!
Lakin bitməyir zülm-zillət heç cür səhrada!
Deyim, əziyyət çəkir insanlar harada!?
Şeytan edir zülm, xüsusən də Afrikada!
Bizə həyat verən ilham şükr-duamızdır !

Ay camaat, gəlin şükr edin siz aclığa!
Qalxmayın ayağa! Dözərik biz aclığa!
Rauf, toxluq səbəbdir hər cür azğınlığa!
Çox var olsa əgər, şükr etmərik azlığa!
O, bizə Mehriban müqəddəs həyamızdır!