Oyan (Əhməd Cavad)
Oyan Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Dinlə, bir səs söylər sana,
О “səs” sonin öz vicdanın.
Deyir: “Ey sən batmış yasa!”
Golir yeno bəyin, xanın;
Son ey yatan, oyan, oyan!
Qiyamotdir, olmuş əyan!
Oxutma ölüm fərmanın,
Ver yolunda gözəl canın.
Göyərçinlər xəbər söylər -
Gəlir təxti-Süleymanın.
Son ey yatan, oyan, oyan!
Qiyamotdir, olmuş əyan!
Oldun yadlar oyuncağı,
Yurdun arsızlar ocağı.
Tapmma azğm şeytana,
Yüksəldi “birlik” sancağı!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Səs yox sizin yapılarda.
Yol azmış gözlərin harda?!
Uzaq yoldan yarm gəlir,
Qurbanm yox qapılarda.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Kim demiş: cansız daş ol!
Azğınlara gəl yoldaş ol!
Yadlaşan qardaşm gəlir,
Yenidən and iç, qardaş ol!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Bir qız gəlir sevinci var,
Qızın boynunda inci var.
Yoxsa, sevən bizim yurdun,
Bir dəlisi, ya dinci var?!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!