Oyan qəlbimdə yatan ey Gözəl can sənə qurban

Oyan qəlbimdə yatan ey Gözəl can sənə qurban! (1994)
Müəllif: RAUF CAVAD

Oyan qəlbimdə yatan ey Gözəl can sənə qurban!
Olub qəlbin halı fəna ey Canan sənə qurban!

Gəl dur ayağa qalx, çağırır dil, səni haraya,
Ol məlhəm ağrıyan yaraya dərman, sənə qurban!

Tutub sancı ürəyi vurur ağrı qəlbdən başa,
Dayanıb sanki göz önündə Zaman, sənə qurban!

Ağlayır dil-ağızda söz, tökür gözlər göz yaşın,
Gözləyir gözlər Dilbərin hər bir an, sənə qurban!

Solub üzdə gülçöhrələr hər gün qan ağlamaqdan,
Donub damarlarda axan dəli qan, sənə qurban!

Can yorulub cəfadan, çün yoxdur xəbər vəfadan,
Dövr eləyir dövran, edir can fəğan, sənə qurban!

Artıq çoxalıb fəryadlar da bu qərib dünyada,
Gərək verəsən gəlişinə fərman, sənə qurban!

Oyansın Gözəl qəlblərdə gərək Rauf şüarı,
Yarın yoluna bu bədən-can qurban, sənə qurban!
            ...Müəllif:Rauf Cavad