Oyanam indi
Müəllif: Usta Abdulla
Təcnis. Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 56

Kafi lama çalsan çıxar bir sinə,
Min əyaqdan müddəsindən birisinə.
Gər qoysalar mənnən onu bir sinə,
Bəlkə bu qəflətdən oyanam indi.

Abdulla qürbətə düşəndə yana,
Eşq atəşi cana düşəndə yana,
Boşalıb qolların düşəndə yana,
Əzrayıl əmr edər oyanam indi.