Püstə nə deyər, bəhsini eylər o dəhanın
Püstə nə deyər, bəhsini eylər o dəhanın Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.59-60. |
Püstə nə deyər, bəhsini eylər o dəhanın,
Ağzına bax ol ağzı açuq hiç mədanun.
Bir kərrə turub qibleyi-rüxsarinə qarşu,
Həsrətdən açıq qaldı gözü qiblənümanın.
Gördü məni, ağlar üzümə gül kimi güldü,
Seylabi-məhəbbət evini yıxdı cəhanın.
Hər didə gəlüb getməsi canə qatı xoşdur,
Ol qönçədəhəndin xəbəri varmı səbanın?
Yüz dövrə əgər eyləyə Yusif, sənə yetməz,
Məqdurmidir yetməsi xurşidə məhanın.
Ayru tüşəli dərdü qəmü möhnətə düşdüm,
Hicran səbəbi oldu bu yüz türlü bəlanın.
Qurtulmadı vəsl ilə dəxi Sadiqi qəmdən,
Şimdən bəri yox çarəsi bu dərdə dəvanın.