Pərişan etmişəm zülfü-pərişanı, ağan cam

Pərişan etmişəm zülfü-pərişanı, ağan cam
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Perişan etmişəm zülfü-pərişanı, ağan cam,
Pərişan etmək olmur hiç dünyam, ağan cam.

Rüxün ziba, gözün şəhla, dilin şirin, sözün şəkkər,
Təbin mövzun, dodağın leli-rümmani, ağan cam.

Soran yox, dişləyən yox, təmini bir kimsə kim bilməz,
Nədən faş eyləyirsən sirri-pünham, ağan canı?

Bəşər həddi deyil billah, vura dəm lentəranidən,
Təcəllası edər həm məhv Musam, ağan cam

Gərək ruhani olmaq, ta bizi cananə bilsinlər,
Bize layiq deyil tərifi-cismani, ağan canı.

Bu şəhri Şişədə var novcavan, noxiz oğlanlar,
Görə Məryəm bulan, anmaz İsam, ağan cam.

Olub möhtac dildarə qamusu zarii giryandır,
Buyur teşrif düzəlsin ləsmi-mehmani, ağan canı.

Gəhi şadü gəhi qəmgin könül şövqi vüsalində
Umar söhbət edə məxficə ruhani, ağam canı.

Əcəb xudrəylikdir, sendə xeyli xudpərəstlikdir,
Deyil xudnamilik məhbub ürfani, ağan canı.

Kəminə sən kimi məhbubluq lafin vura, haşa,
Veıə ger buyi-zülfe rühi-reyhani, ağan cam.