Pərişan eylərəm zülfu-pərişanı, ağam canı

Pərişan eylərəm zülfu-pərişanı, ağam canı
Müəllif: Ziba xanım Ləli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Pərişan eylərəm zülfu-pərişanı, ağam canı
Pərişan eylərəm məcmu dünyanı, ağam canı.

Xəyali-vəslimə hər kim düşə, camndan əl çəksin
Bu sevdayə düşən tərk eyləsin canı, ağam canı.

Əgər turi-təcəlli eyləsəm bu abü tabilə
Şüayi-ruyim ilə məhv edərəm dünyanı, ağam canı,

Adım Ziba, sözüm şirin-şəkər, gözlerim şəhla
Fəramuş eyleyib hüsnüm Züleyxanı, ağam canı.

Sənin tək aşiqü məşuq yox, Ləli, bu aləmdə
Qamu aşiqləri eşqin edib fani, ağam canı