Pərişan qarə zülflintək pərişan olmayım, neylim

Pərişan qarə zülflintək pərişan olmayım, neylim
Müəllif: Seyid Zərgər
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Pərişan qarə zülflintək pərişan olmayım, neylim?
Qapında, padişahım, söylə, dərban olmayım, neylim?
Təmənnayi-vüsal eylər dili sədparə, mümkün yox,
O meygün Iəli-nabıntək çigərqan olmayım, neylim?
Gözün səyyad, zülfün dam, qaşın tici-xunaşam,
Bu üç cəllad əlində qanə qəltan olmayım, neylim?
Görəndə surəyi-Quranda hökmi “ikraməzzəyfi”,
Əzizim, xani-vəslin üzrə mehman olmayım, neylim?
Görənlər oldu heyran qamətü rəftarii govtann,
Gülüm, bu sehrə, bu ecazə heyran olmayım, neylim?
Vəfa toxmini səpmə şurəzarə söylədim, səpdin,
Rəqibə aşinasan, didə giryan olmayım, neylim?
Könüldə qaldı həsrət, ah kim, ey Seyyidi-Zərgər,
Bu sevdadan ziyan gördüm, peşiman olmayım, neylim?