Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pəri (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Eşitdim sәdanı, gәldim buraya,
Dedilәr dәrs alır Qurana Pәri.
Sövdagәrlәr mәta açıb bazarda,
Alıcılar gәlir meydana, Pәri.

Danış, danış, yar, eşidim dillәrin,
Görsә fәğan eylәr o bülbüllәrin,
Urumda,1 Qeysәrdә yoxdu xalların,
Kafәr görsә gәlәr imana, Pәri.

Bilmirәm mәlәksәn, mәlәkzadәsәn,
Yoxsa ki bәşәrsәn, bәşәrzadәsәn,
Ver içәyim, yar, әlindәn badә sәn,
Әrәstun içirdi loğmana, Pәri.

Qurbaniyәm, yaxşı tanıynan bizi,
Sәdan alıb Mәrәnd ilә Tәbrizi,
Sәndәn әlavә dә sevdim bir qızı,
Eşqindәn olmuşam divana, Pәri.