Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pərim (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Bu gün bir gözәlin seyrinә vardım,
Tutubdu dәstindә ağ lamә, Pәrim!
Bu gözәllik sana kimdәn verildi?
Ver әlinlә bir dәm ağ lamә, Pәrim!

Doldurginәn nargilәni, tәzәlә,
Gül irәngim solub döndü xәzәlә,
Ağ nazik әlinlә qoysan mәzarә,
Onda da üstümdә ağlamә, Pәrim!

Qurbani yar deyәr oda, atәşә,
Oxu vacibәti oda, atәşә,
Cәbrail qәrq oldu oda, atәşә,
Dәrs alıb olardan, ağlamә, Pәrim!