Pərizadə
Pərizadə Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.100 |
Süzər yaşılbaşlı sonalar kimi,
Oxur pərizadə ləzgi qızları!
Dadmışlarmı nədir eşqin camını,
Gəlmişlər fəryadə ləzgi qızları!
Bilməzlər ki, məndə bir qığılcım var,
Bircə zərrəsindən yanar dünyalar!
Etdilər könlümü yaxşı tarimar,
Gəlməzlər ki, dadə ləzgi qızları!
Oynadaraq durur gözəl gözəli,
Eşq anlayanların yorulmaz əli.
Süzgün gözlərini yana süzəli
Saldı rnəni oda ləzgi qızları!