Paklığıyla nəzərimdə cilvələndi o afət
Paklığıyla nəzərimdə cilvələndi o afət Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Paklığıyla nəzərimdə cilvələndi o afət,
Heyran etdi məni onun dilindəki lətafət.
Dedi: - Dinlə, söhbət açım kərəmindən Hatəmin,
Yadda saxla, ən gözəl bir öyüddür bu rəvayət.
Malı yığma, tələf elə özgələrin xeyrinə,
Sənin üçün böyük qazanc sayılar, bil səxavət.
Gənclər malı əllərinin zəhmətilə qazanar,
Gənc adamın xəsisliyi qəm-qüssədir, fəlakət!