Pişik olan cin
Rəvayətlər. Pişik olan cin Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi görür ki, bunın pişiyi həmməşə şər qarışanda çıxıp gedir, bir də səhərisi qayıdır. Kişinin adı Fərəculla imiş. Fərəculla
başdıyır pişiyi güdür. Bir gün də pişih evdən çıxanda Fərəculla da düşür onun dalına. Gəlhagəl, gəlhagəl, gəlib çıxıllar bir sahapsız
bağa. Kişi görür ki, bağ doludu pişihlərnən. Bir tərəfdə gizlənip işin axırın gözdüyür.
Pişihlər qol-qola tutub başdıyıllar yallı getməyə. Bir neçəsi də zurna-balaban çalır. Fərəcullanın pişiyi də durup baxır. Sora pişihlər bının yanına gəlip deyillər ki, usta Fərəculla, buyur sən də oyna. Kişinin pişiyi qoşulur o biri pişihlərə, başdıyır, oynamağa. Kişi bını görüp qayıdır evə. Səhərisi gün pişih də qayıdır.
Axşam üstü şam eliyillər. Sora kişi üzün pişiyə tutup deyir ki, usta Fərəculla, buyur bir oyna, biz də baxax.
Pişih bını eşidən kimi tullanır kişinin üsdünə, başdıyır onu dişdiyib cırmaxlamağa. Kişini birtəhər bının əlinnən alıllar. Pişih o gedən qaçıp gedir, bir də bıra qayıtmır. Demiyəsən, bı pişih donun dəyişmiş cin imiş.