Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var
Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var Müəllif: Mirzə Mehdi Şükuhi |
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlər — azadliq.org saytı. Yayımlanıb: 13.07.2014 |
Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?
Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var?
Bir qədəh saldı ayaqdan səni, biçarə hərif,
Pey apar, gör mən içən cami-peyapeydə nə var?
Görməyən guşeyi-çeşmi-siyəhi-canani,
Nə bilir guşeyi-meyxanə nədir, meydə nə var?
Nə qədər var nəfəsim, çəkməyim əfgan neylim,
Bir quru nalədən özgə, de görüm, neydə nə var?
Canımı, malımı aldın, dəxi, zalım, bəsdir,
Bu Şükuhi dediyin müflisi-laşeydə nə var?