Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi

Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,
Saraldı gülləri, əl çəkdi bağiban getdi.

Durubdu sərv, əgər, bağin içrə müstəhkəm,
Diriğ, sərvi-rəvan getdi, əlaman, getdi.

Nə qoydu dəhrdə bir kam alub murada yetəm,
Nə aldı canımı qurtardı, cansitan getdi.

Çəməndə lal gəlib getdi dəhzəban susən,
Ki, çeşmi-nərgisi-məst oldu xunfəşan, getdi.

Nə qoydu xar ki, gül əndəlibə meyl etsin,
Nə əndəlib öz əhdində kamiran getdi.

Dönüb o əlif qədi dalə bir güi hicrində,
Diriğ, bülbül olub pir, o növcavan getdi.

Nihan olan qəmini faş qıldi mərdüm üçün,
Kəminə, dərdi-dilin oldu dastan getdi.