Pozuq-pozuq
Pozuq-pozuq Müəllif: Pir Sultan Abdal |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu il bu dağlann qan əriməz
Əsər badi səba yel pozuq-pozuq.
Türkmən qalxıb yaylasına yürüməz
Yıxılmış əşirət el pozuq-pozuq.
Qızıl İrmaq kimi çağladım, axdım,
Ə1 vurdum sinəmin bəndini yıxdım,
Gül üzlü ceyramn bağına çıxdım,
Girdim baxçasına gül pozuq-pozuq.
Əlim tutmaz güllərini dərməyə,
Dilim tutmaz xəstə halın sormağa,
Dört cavabın menasını verməyə,
Sazım düzən tutmaz tel pozuq-pozuq.
Pir Sultanam, yaradıldım qul deyə,
Zalım paşa əlindənmi öl deyə,
Dostum meni ismarlamış gəl deye,
Gedəceyəm, amma yol pozuq-pozuq.