Puruşi qurbanı
Nağıllar. Puruşi qurbanı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Müqəddəs Biliyin qədim kitablarından biri sayılan bedalarda deyilir ki, kainat, dünyanın yarandığı vaxt tanrıların qurban kəsdikləri Puruşinin – İlk Adamın bədənindən yaranıbdı. Tanrılar Puruşinin bədənini bir neçə yerə böldülər. Onun dodaqlarından brahmanlar – kahinlər, əllərindən kşatriyallar – döyüşçülər, budlarından vayşilər – əkinçilər, ayaqlarındansa, şudrlar – nəsibləri yuxarı təbəqənin qulluğunda dayanmaq olan aşağı təbəqə əmələ
gəldi. Puruşinin ağlından ay, gözündən günəş, ağzından od, nəfəsindən isə külək törəndi. Onun göbəyindən hava, ayağından torpaq, başından göy, qulaqlarındansa işıqlı dünyanın ölkələri yarandı. Əbədi tanrılar ulu qurbandan dünyanı beləcə yaratdılar.