Qürbət elə düşdü yolum
Qürbət elə düşdü yolum Müəllif: Katibi (?-1650) |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qürbət ele düşdü yolum
Ağlayır, gəzer, yürürəm.
Əfkar ilə dəli könlüm
Dağlayıb gəzər, yürürəm.
Oldum işimdətı avarə
Yaxaram sinəmi narə.
Könlümü zülfü-dildarə
Bağlayıb gəzər, yürürəm.
Dağlar başı oldu yurdum
Gündən günə artar dərdim.
Mən qara gözlümü gördüm
Sızlayıb gəzər, yürürəm.
Anladamam məlalımı,
Göz görməsin maralımı.
Haldan bilənə halımı
Söyləyib gəzər, yürürəm.
Katibi içəldən camı
Məst olub keçər əyyamı.
Şaşqın sel kimi müdamı
Çağlayıb gəzər, yürürəm.